

Baxış sayı: 63
Açar sözlər: urmu toy güney-azərbaycan dəb urmiye
Nasirəddin şah Qacar və özəlliklə Məşrütə zamanindan Geçiklərı təmizləmək və Şəhərlərdə yaşayanlar uluslara başqa xidmətlər vermək üçün bəzi idarələr Bələdiyə Adila Quruldu.
Urmu Şəhərinin Bələdiyə Binası indi Urmuda Əyalət meydanının Doğusunda yer alıb. Urmunun bələdiyə binasının Dolayinda yargıç binası, Urmunun Hərbi Qüvvə binası, ŞəhərBanı bınası yer alıblar. Urmunun bələdiyə binası 1310 Köçsəl- Günəş ili “Molla Usta” ki öz zamaninin ən bacarıqlı yaradıcıların biridır Düzəldilıb. Elə ki Şəkildə Görünür bu bina Qartal Formasında Görünür, və belə deyim ki elə o vaxt qartal modelındə düzəldilıb, Görüm üçün Təbrizın Bələdiyə binasıda artal Formasındadır ki qanadların Açıb. Urmu bələdiyə binası buna Görə ki Urmu Şəhərinın ortasında yer alıb və Urmu Ötəkində çoxlu hadisələr Görüb Urmu Ulusu Sevən bir yerə çevrilib. O vaxt ki Rus ordusu iran və Azərbaycana Höcum gətirmişdir(1320 Köçsəl- Günəş ili) Bələdiyə binasının yanında olan partlayışlərə Görə bu binaya çoxlu dağılır ki sonralar bina yenilənır.
Geçik = köçə
Doğu = Şərq
Dolay = Ətraf
Yargıç = Ədalət, hakim
Görüm = nümunə
Ötək = Tarix
Qaynaq: Urmunun Bələdiyə Saytı
Baxış sayı: 96
Açar sözlər: urmu urmiye bələdiyə güney-azərbaycan
Çillə Gecəsində işlənilən sözlərlə bir araşdırmam olacaq. Görüm üçün Çillə, Qarpız, Qar, Qış və ...
Çillə
Türk dilində Yay Sözünün mənası Ox olur, Çillə mənası ip(Oxun ipi) və o yer ki Ox da Çubuq Qoyuruq və o mənalar ki deyiləcək
Türk dilində ilin üç Ayına(novruz bayramından üç ay gedən)yay Fəsli deyilir. O vaxt ki deyilir yayın çilləsi mənası budur ki yay Fəslindən 45 Gün gedib və Yay Günləri uzanıb.
Qışın çilləsi bu mənayadır ki Qışın Soyuxluqu Uzanıb ki ikidənədir. Böyük çillə ki 40 Gün olur və Kiçik çillə ki 20 Gün olur.
Şübhəsiz ki Çillə Sözü “Climax” sözülə bir kökdədir.
Çillə bir addır ki Çiləmək(Güclə vurmaq) Felindən(Verb) yaranıb. Çiling-Ağac oyununda vurmağa Çiling ya Çilik ya Çiliə deyilir iki bu feldən istifadə olunub.(Çil Gəlsin)
Pillə sözüdə çillə Sözü sistemindəndir, Pilov və Çilov da bir sistemdəndilər.
Qarpız
Qarpız sözünün araşdırmağı bunu bildirib ki Türk dilində olan Qarpız Sözü Bölgədə hamı dillərdə köklü və mənalı bir sözdür.
Farsca”هندوانه”o şey ki Hindistandan Gəlib, ingiliscə water melon Su Yemişi mənasındadır. hər iki dilədə baxanda görünür ki hər ikisidə sözün mənasını təsvir edirlər və özgür mənaları Yox ki bu Sözü onlarla araşdıraq. Rusca arbuz və Yunan dilində Karpozi deyilir, Eesti Dilində Arbuus, Lietuvių dilində Tikrasis arbūzas, Polski dilində Arbuz_zwyczajny və elə ki Görürsünüz Türk Dilində olan Qarpız Sözündən alınıblar. Monqol dilində Tarbos ki Türk dilin olan Qarpız Sözünlə qohumdur.
Qış
Qar
Qarı(Qoca qarı)
Qarımaq(Qocalmaq)
Qarıtmaq(Bitkilərdə Qocalmaq ki səbəb olur Bərk olalar)
Qarğış(Lənət)
Qarğı(qamış)
Qaranat(Talehsizlik, Bədbəxtlik)
Qada(pis Bəla)
Qırmaq(qırhaqır, öldürmək)
Qızmaq(istiləmək)
Qorğu(Qorumaq)
Qorxu(Dəhşət, Qorxmaq)
Qışqırmaq(Bağırmaq, Haray)
Qudurmaq(hirsli, qəzəbli)
Quduz(Qudurmuş)
Qancıq(dişi it, Kaftar)
Qorban
Qırov(Qar ki Bərk və Toz kimin ola)
Qaran(son dövr)
Qarpız
Qırmızı
Qutlu
...
indi bilinir ki bu sözlər bir birilə münasibətdədirlər.
Azərbaycan Əfsanələrində qışın iki çilləsi, iki Qarı bacıdırlar. Onlar öz Yorğanlarını Tərpəşdirib və Qar yağdırırlar.
Qarin bir özəlliklərindən biri hər yerı Ağardar və bu işi ucadan Görər. Qarı(Qoca Qadın)da ucadan Saçları ağ olur elə ki Qar kimin Görünər. əski zamanlar ki Qoca qadınların saçları Ağarırdı belə bir əfsanəli fikir yaranıb.
Qarğı
Qarğı sözü Mizraq, Neştər Mənasındadır. indi çillər sözünə bir baxaq. Çillə Oxu uzatma Mənasındadır və burda Oxu Ən çox uzatmaq mənasındadır. nəticə bu ki Neştər ki oxdan(Qarı) Atılır Qarğı adlanır. Önəmli bu ki Qarğımaq və Qarğış hər ikisidə lənət mənasındadırlar və o iş ki Qarılar Görərlər.
indi Qarğımaq(Lənət) Felini Qarğı(Neştər) Sözüilə tutuşdurun, elə ki Görürsünüz bir Əfsanə fikiri arxasında özün Göstərir.
Qarğış(lənət) Sözünün Öz bə Öz Sözü Alqış(Tərif) Sözüdür.
indi Görünür ki Qarpız yalnız Qar sözüilə münasibəti yox bəlkə bir Qohum sözlərlə ki Azərbaycan ulus və folklorundan yer alıb münasibətdədir. Eyni zamanda Görünür ki Qış(Fəslin Adi), onun tanrısı ”Qar”, “Qarğı”(Neştər), “Qarğış”(lənət), “Qada”(bəla) və Sonda qırğın(öldürmək) və ... o şey ki bu Bədbəxtliyi bitirir və yaxşı Bəxt Gətirir Qarpız dur.
Deməliyəm ki ingilis dilində Fairy və Farsca “پری”Pəri Sözlərinə baxanda görünür ki hansı Qaynaqdan alınıblar, Türk Dili orda Görünür.
Urumda çillə Gecə Törəni
Çillə Gecəsi ilin 365 Gününün Ən uzun gecəsidir. Çillə Gecəsi Güney və quzey Azərbaycan və Türkiyədə qeyd olunur. Çillə Gecəsində Qarın yağması çoxlu Sevinc yaradır. Urmu Və başqa yerlərdə Çillədə ailə üzvləri, qohum, Tanış və ... çox səmimi bir yerə yığışır və ilin ən uzun gecəsini müxtəlif yeməklər, meyvə, şirnilərlə Böyük tuturlar. Çillə gecəsi Hamı qarpız yeyir ki soyuğa yox desin elə ki bu gecədə hər ailə bir qarpız almalıdır, Ancaq Urmu-nun kəndlərində yayda ki qarpız yetişirdi onu saman altında saxlayıb və Çillə gecəsinə saxlayardılar. Urmu-da Belə bir dəb var ki əyər ailədə yeni Evlənənlər varsa onlara ailənin böyükləri tərəfindən qarpız hədiyyə alınır. Çillə gecəsində Cəviz, halva(Həvic halvası, Cəviz Halvası), Paxlava, toxum və başqa yeməklər Süfrədə olmalıdır. Neçə il bundan öncəyə kimin Urmu-da Kəndlərdə Hamı yığışırdı Ailənin böyüyünün Evinə və orda qız, oğlan və gəlinlər birlikdə Deyib və gülərdilər. elə ki o zamanlar bu gündə hava qar yağardı kənd evlərində Kürsü olurdu və ailə Kürsünün altına yığışıb və Böyük Ata və Ana(nənə) uşaqlara və qız Gəlinlərə Atalar sözü, Bayatı, nağıl, Tapmaca və belə şeylər deyirdilər. Urmu-da Belə bir Dəb var ki hər hansı oğlan və qız ki Nişanlı olalar oğlan tərəfi Qız Evinə Pay və Çilləlik Göndərər ki Qarpız, Milax, Cəviz, Halva və başa yeməklər olur. Elə ki yadımda o vaxt bizdə Ailəmlə birlikdə Gedərdik Xan nənəm gilə ki evləri kənddə olurdu orda çillə Gecəsi üçün çoxlu yeməklər hazırlayardı Xan nənəm Görüm üçün Milax, və Turş Üzüm(Üzümü neçə vaxt Qoyarlar sirkəyə və çillə vaxtı yemək üçün hazır olur), Cəviz, Sucuq və ... Çillə Gecəsində hamı Evlərdə çox Şənlik olur və hamı uşaq və böyüklər Deyib Gülməkdən bu uzun gecəni Səhərə çatdırarlar. Urmu-da bir araşdırdım bir dəb də Ata-Analardan eşitdim ki əski zamanlarda bu dəb olurdu, o da bu ki bala və Böyük çillə çıxandan sonra hər həftə çərşənbə günü bir od yandırardılar və bu işi ilin son çərşənbəsinə qədər davam edərdilər.
Çillər Gecəsində oxunan bayatılar:
Ay çillə Yeçillər Qardaş
Atın Qəmçilə Qardaş
Bir Gəldin Danışmadıq
Qəlbim Açıla qardaş
El arasında Çillələr Haqqında müxtəlif nağıllar vardır ki onlardan neçəsini yazıram:
Çillələr iki bacıdırlar bir böyük bacı birdə kiçik bacı. Günlərin bir Günü bacılar iydə Ağacının Altında oturmuş, danışırdılar. Kiçik çillə; Böyük çilləyə deyir ki:
- bacı sən getdin nə eylədin?
Böyük çillə deyir ki:
- Mən getdim; Dondurdum; Üşütdüm, xəstəliklətdim; Gəldim!
Balaca bacı Gülüb və Dedi ki:
Mən sənin kimin dəyiləm! mən gedib; qarları kürəkdən; gəlinləri biləkdən; Körpələri bələkdən Eylərəm !!
Cavabında Böyük bacı Gülüb və deyir:
- bacın ölsün! Səndə bir iş Görə bilməzsən; ömrün Azdır; onun yazdır
Bir başqa Nağıl:
Belə deyilir ki qış bir qarıdır və onun üç oğlu vardır. Adları böyük şillə, kiçik çillə, Boz
Anaları Böyük oğlun Göndərib qayıtdıqdan sonra Soruşar ki; nə eylədin?
Böyük çillə deyər ki: ocaq qırağına Düzdüm gəldim!
Sonra Anaları kiçik çilləni Yollayıb, Qayıt-dan sonra soruşar ki Sən nə eylədin?
Kiçik oğlan cavab verər ki: ocaq içinə doldurub Gəldim!
Lap son Boz Ay Göndərir, Döndükdən sonra soruşar: sən nə eylədin?
Boz Ay deyir ki: məndə gedib ocaqdan çıxartdım gəldim!
Görüm = nümunə, örnək
Qaynaq: Dilmac Dərgisinin 34-cü sayı, wikipedia
Baxış sayı: 60
Açar sözlər: çillə gecəsi urmu urmiye orumiyeh
Ulusumuzun Dövlət Dəstgahına Yaxınlaşdırmaq və Ümumən Ehtiyacatini Sadə bir Şəkildə Anlamaq və Ulusal Dili və Uyqarlıqımızın Artırması və Evrim yollarini Təmizləmək üçün, Azərbaycan Ulusal Hökuməti Özünün 14 Dey Ayi(Aralıq Ayı) 1324 ilaygünlü Toplatısısnda Aşağıdakı Qərarları Qəbul Etmişdir:
1- Bu Gündən Etibarən Azərbaycanda, Azərbaycan Türkcə Dili Rəsmi dövlət Dili hesab olunur. Dövlətin Qərarları və Rəsmi elanlar, Ulus Qoşunları hissələrinə Verilən Əmrlər və Qanun Layihələri Gərək Azərbaycan Türkcə yazılmalıdır.
2- Bütün idarələr(Dövləti, Ulusal, İctimai və ...) öz işlərini Azərbaycan Türkcə Dilində yazmağa məcburdurlar. Bu dildə Yazılmayan Dəftər və Sənədlər Rəsmi hesab olunmayacaqdır.
3- məhkəmələrdə işlərin Cəryani Tamamilə Azərbaycan Türkcə Dilində Aparılmalı və Bu dili bilməyənlər üçün çevirmən olunmalidir.
4- Azərbaycanın Bütün idarə, müəssisə, ticarətxanalarının tabloları gərək Azərbaycan Türkcəsində yazılmalıdır.
5- Rəsmi iclas və Toplantılarda, Danışıqlar və tartışmalar Azərbaycan Türkcəsi olmalıdır.
6- Azərbaycan Türkü olmayıb başqa Dil ilə danışanlar və ümumi Dövlət idarələrdə xidmət edənlər Azərbaycan Türkcə Dilində yazıb və oxumağı və danışmağı öyrənməlidirlər.
7- tanıtım başçısı, idarə məmurlarını Azərbaycan Türkcə tanış etmək məqsədilə ayrı Dillərdən savadlı olanlar üçün idarələrin nəzdində böyüklər üçün özəl siniflər açılmalıdır. Bu siniflərdə hazır olanların iş vaxtından bir saat az olmalidir.
8- Azərbaycan da yaşayan başqa Uluslar öz işlərini öz Ana Dillərində aparmağa haqlıdırlar. Lakın onlar öz rəsmi elanları və yazılarında öz Ulusal Dilləri ilə Bərabər Azərbaycan Türkcə dilini rəsmi dövləti Dil olaraq işlətməlidirlər.
9- Azərbaycanda yaşayan xırda ulusların özəlliklə Ulusal məktəblərindəki Öyrətim öz Ana dillərində olduğu halda, Azərbaycan Türkcə Dilinində Tədrisi məcburidir.
10- Azərbaycan ulusal hökuməti, Tanıtım başçısının məktəblərdə dərslərin Azərbaycan Türkcəsində olmalı haqqındakı qərarını Təsvib və təkid edib, Mədrəsələrdə Ulusal Dilə keçməsini bütün kişi və qadın Öyrətmənlərlə bir ulusal Vəzifə kimi tapşırır.
Azərbaycan Ulusal dövlətinin başçısı - Seyid Cəfər Pişəvəri
Qaynaq: Dilmac Dərgisai
Evrim = Təkamül
Aralıq = Dekabr
Ilaygün = Tarix
çevirmen = tərcüməçi
Baxış sayı: 78
Açar sözlər: azərbaycan türk dili seyid-cəfər-pişəvəri
Elə ki Quran, Tövrat, incil kitablarinda yazılıb yer üzündə bir cənnət var ki bu kitablarda bu Cənnətə Ədən(Ərəbcə عدن, ingiliscə Eden) adlanıb. Elə ki 2004 ci ildə discovery Kanalı bu qonuda araşdırıb və bir film çəkdi ki bilinsin yer üzündəki Ədən harada? Mən bu Gün bu filmi sizlər çün hazırlamışam ki bu filmə baxandan sonra bilinir ki mən nə üçün yazımın başlığın Cənnət Urmu da yazmışam. Bu filmi dörd Bölümdə hazırlamışam ki filmi aşağıdakı yerdən baxa bilərsiniz:
Birinci bölüm, ikinci Bölüm, üçüncü bölüm, dördüncü Bölüm
Baxış sayı: 142
Açar sözlər: urmu urmiye orumiyeh ədən cənnət

ümid urmulu Bilgi sayar öyrəncisi.
E-mail ünvanım:
urmuli@Ymail.com
internet web2.0 şəkil blog google urmu urmiye twitter cazibədar blogçu sosial reklam gözəl orumiyeh mobil alət türk friendfeed video urmia fashion musiqi e-mail youtube facebook urmiya korpə uşaq pulsuz ziyarətçi macintosh azəriblog azərbaycan feed gölü oyunları güney qadın brauzer şou-biznes nokia apple madonna telefon g-mail blogging olimpiya yeni reader sevgi hilton istifadəçi yatmaq dəb logo t-shirt ədəbiyat imkan şəhər paris pagerank güney-azərbaycan qəhrəman extension rss axtarma böyük microsoft mozilla yazmaq bloging rəng 2008 analiz firefox web3.0 scarlett kitab jurnal xarici azeriblog electrical noutbuk tərcümə program kart siqar gəmi china səmədov mark ideya qadını mənbə ədən bloginig şıq portable haqq yazıçı yoldaşı şəhrivərin yardımçı kosmos ictimai firfox lohan ada chictopia səyahət wallpaper coli jewel xidmət bələdiyə britny link iştirak web1.0 cennifer dəmir xatın quş font bayraq təmir engineering dil dost life wakoopa poçt bayramı kotorda saat olympic lake pul chritmas arzu qehreman yükləmək yahoo dili mikro gigapan tərkib portativ quran abidə nyu-york vikipediya varlıq planet mağaza tələ analr music gölö moopz twiddict travelblog line avtobus doğulması marries gül spears alihan ünvan tweetube xidmətlər şou saqqız bookmarking şrift lavender biznes ailə geek islam yasaq adam ibm sifarişi nevruz mod titanic chinese qazanmaq mysocial247 il dream üzən neftçi chin endirmək xəbər seyid-cəfər-pişəvəri plurk üz proqram dastan günbəz wikipediya frinfeed yazı prptokol atalar johansson advertisement chat matthias foto alva andersonun commnet toy livingsocial balaban vahid billboard tomris məlumat yapışmaq chrome social xml oxumaq samsung gölməlı fecebook general məgalə dəyişikliyi məşhur laptop novruz nümayişi qatar kasıb office keep divar uefa olempic wibe7 yemək çillə talk searchwiki yuxarı nağıl üç tamaşa burla yer həcm sözlərı avtomobil müvəffəqiyyət endir meebome yotophoto off photo thomas pamela beijing şərh film klip alma xatun server voleybolu cənnət webmaster qabıq singshot veb komik tövsiyə həyat onikisi iqlim twitdir söz monitor xsüsiyyət bozqurd rahat lindsey balış mirzə namə saxlamaq kağızılar anjelina woman oyun gecəsi bunch professional web aniston bookmark dədə-qorqud sağlamlıq birdpost smushit mexanik
İndi blogda: 7
Keçən ayın hiti: 23718
Dünənki hit: 662
Bugünki hit: 848
Ümumi hit: 151164