Dostlar bu gündən Blogda bir yeni qismət urmu adınan yaratmışam ki o qismətdə əziz şəhərim urmu barəsində yazıb və onun gözəl və görməli yerlərin dostlarıma Artıq tanıdıb və o barədə müxtəlif şəkil və videolar təqdim edəcəyəm. Urmu İranda qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəridir. urumda hava qışda soyuq, yayda mülayim və sərin olur.
Tarix
Urmudaki son arxeoloji onu işarə verir ki ,regionun e.ə. 2000-ci ilə gedib çıxır. Urmu məşhur zərdüştün doğulduğu yerdir. 1944-1945 -ci illərdə Güney Azərbaycan Demokratik Respublikasının qurulmasında böyük rolu olmuşdur. Urumda nazlı çay məhəlləsində Məmməd Əmin Azadvətən demokratik firqənin məşhur üzvi olmuşdur. İranda Pəhləvi sülaləsinin hakimiyyəti dövründə şəhərin adi Rzaiyyəyə çevrilir, İslam İnqilabından sonra yenə öz əski adına qovuşur.
Görməli yerlər
Urumda çoxlu tarixi yerlər və abidlər olub, əfsus ki, bəzi tarixi hadisələr və müxtəlif tayfa və qəbilələrin basqınları üzündən bu abidlər dağılıb!
- Urmu gölü UNESCO tərəfindən qeydiyyata alınmış Biosfer qoruqlarından biridir.
- Zənbil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələridir.
- Cahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları - tarixi və memarlıq abidələri.
- Köhnə Bazar.
- Memarlıq, tarix və təbiət muzeyi.
- Mirdavud məzarı
- Qədim Cami məscidi, Sərdar və Urmiya minarəsi
- Əlavian minbəri və başqa müqəddəs yerlər...
əhalisi
əhalisinin əksəriyyəti – təxminən 90%-i Azərbaycan Türkləri olmaqla, bir neçə məhəlləsində Kürdlər, həmçinin az sayda ərmənı və asurilər da yaşayır.
İnzibati bölgü sistemi
Urmu beş bölgə və ya nahiyəyə ayrılır:
Mərkəz : Baranduzçay, şimali Baranduzçay , cənubi Bərənduzçay , Baş Qala, Baxşılıçay , Türkmən, Döl, Rzaçay, Cənubi Nazlıçay və Urum şəhəri.
Ənzəl: cənubi Ənzəl ,şimali Ənzəl. Mərkəzi Quşçudur
Silvanə: Tərgavər, Mərgavər, Dəşt. Mərkəzi Silvanədir.
Somay Bərədost: cənubi Somay, şimali Somay, Bərədost. Mərkəzi Serodur.
Nazlı: qizil təpə, Nazlıçay, Şimali Nazlıçay . Mərkəzi Nuşinşəhərdir.
Qaynaq
