Urmu Gölündə 110 dənə dən artıq ada var ki Hamisinin adı Türkcədir amma nədən bu keçənlərdə bəzi səbəblərə görə Yeni adlar istəyirdilər ki bu adalar üçün seçsinlər? Bu yazımda urmu Gölündə olan Adaların Doğru adların bir kitab kimin PDF formatində sizlər üçün hazırlamışam ki Təqdim edirəm. Bu kitabı burdan Endirə bilərsiniz. Bu adaların doğru Adı Güney Azərbaycanlı Mehran Baharli bir Nər igid tədqiq eyləyib ki mən öz yerimdə minnətdarlığımı Məhran bəyə bildirirəm.
Yuxarıda olan şəkil Böyük Ölçüdə görmək üçün buranı tixləyin.
Urmu gölü İranın adlı ölkənin ən böyük gölüdür səthinin sahəsi 4,868 km²-dir. Maksimum həddi şimaldan cənuba 140, şərqdən qərbə 55 kilometrdir. ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanın qəbri yerləşir(elə deyilir?). Artemia urmiana Urmu gölündə 4 növ mühüm Bitki var ki adları: Halophytic, pseammaphytic, Xerophytic, Hydrophtic. Bu göldə 27 növ məməli heyvan, 212 növ quş, 41 növ soxulcan, 26 növ balıq mövcud dir.
gölündə fəqət bir mövcud ki adı dur yaşayır. gölünün Ekologiyasında 546 növ Bitki Qeydiyətdən keçib.
Gölə Axan çaylar
Nazlıçay
Acıçay
Sofuçay
Tətovuçay
Urmu gölünün əhəmiyyəti
- Çoxlu növ heyvanlar ki urda yaşayırlar
- Azərbaycan ölkəsində təbii trazlıq icad eləməsi
- Turizmı və gəzməlı və ictimai bir yer
- bir beynəlxalq yer ki dünyada qeyd olunub
- tibbi dəyər: urmu gölündə olan palçıqlar bir tibbi dərmandır.
Urmu da olan üç günbəz abidə Səlcuq İmperiyası zamanından qalıb ki indi urmu şəhərinin cənub-şərqində yerləşib. Bu günbəz xaricdən dairə və silindr formanda və daxildən dördbucaqlı şəkilindədir. Günbəzin səthi xaricdə daşdan həkkakı olub və kərpicləri dördbucaqlıdırlar. Daxildə iki qismətdən təşkil tapıb birinci qismət sərdabə və ikinci qismət qəbir otaqı. Bu iki qismət bir qövs örtükdən ayırlanıb. Üç günbəz 6-cı əsr də bir Səlcuqlu Rəhbər ki fərman verir əbu mənsur adında bir nəfər tikilin. Bəzi tarixçilər belə yazıblar ki, iki günbəzdə keçmişdə varmış ki biri səlmas şəhəri yaxınlığında və birdə çehriq kəndi adlanan yerdə varmış ki bunların üçünə dəyirdilər Üç günbəz!
Qaynaq
Dostlar bu gündən Blogda bir yeni qismət urmu adınan yaratmışam ki o qismətdə əziz şəhərim urmu barəsində yazıb və onun gözəl və görməli yerlərin dostlarıma Artıq tanıdıb və o barədə müxtəlif şəkil və videolar təqdim edəcəyəm. Urmu İranda qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəridir. urumda hava qışda soyuq, yayda mülayim və sərin olur.
Tarix
Urmudaki son arxeoloji onu işarə verir ki ,regionun e.ə. 2000-ci ilə gedib çıxır. Urmu məşhur zərdüştün doğulduğu yerdir. 1944-1945 -ci illərdə Güney Azərbaycan Demokratik Respublikasının qurulmasında böyük rolu olmuşdur. Urumda nazlı çay məhəlləsində Məmməd Əmin Azadvətən demokratik firqənin məşhur üzvi olmuşdur. İranda Pəhləvi sülaləsinin hakimiyyəti dövründə şəhərin adi Rzaiyyəyə çevrilir, İslam İnqilabından sonra yenə öz əski adına qovuşur.
Görməli yerlər
Urumda çoxlu tarixi yerlər və abidlər olub, əfsus ki, bəzi tarixi hadisələr və müxtəlif tayfa və qəbilələrin basqınları üzündən bu abidlər dağılıb!
- Urmu gölü UNESCO tərəfindən qeydiyyata alınmış Biosfer qoruqlarından biridir.
- Zənbil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələridir.
- Cahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları - tarixi və memarlıq abidələri.
- Köhnə Bazar.
- Memarlıq, tarix və təbiət muzeyi.
- Mirdavud məzarı
- Qədim Cami məscidi, Sərdar və Urmiya minarəsi
- Əlavian minbəri və başqa müqəddəs yerlər...
əhalisi
əhalisinin əksəriyyəti – təxminən 90%-i Azərbaycan Türkləri olmaqla, bir neçə məhəlləsində Kürdlər, həmçinin az sayda ərmənı və asurilər da yaşayır.
İnzibati bölgü sistemi
Urmu beş bölgə və ya nahiyəyə ayrılır:
Mərkəz : Baranduzçay, şimali Baranduzçay , cənubi Bərənduzçay , Baş Qala, Baxşılıçay , Türkmən, Döl, Rzaçay, Cənubi Nazlıçay və Urum şəhəri.
Ənzəl: cənubi Ənzəl ,şimali Ənzəl. Mərkəzi Quşçudur
Silvanə: Tərgavər, Mərgavər, Dəşt. Mərkəzi Silvanədir.
Somay Bərədost: cənubi Somay, şimali Somay, Bərədost. Mərkəzi Serodur.
Nazlı: qizil təpə, Nazlıçay, Şimali Nazlıçay . Mərkəzi Nuşinşəhərdir.
Qaynaq